Yaponyalı milyarder Yusaku Maezava 12 günlük kosmos səyahətindən sonra Yerə qayıdıb.
Modern.az xarici KİV-ə istinadın bildirir ki, 46 yaşlı Yusaku Maezava dekabrın 8-də rusiyalı kosmonavt Aleksandr Misurkin və köməkçisi Yozo Hirano ilə Qazaxıstanın Baykonur kosmodromundan kosmosa uçmuşdu.
Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada bildirilib ki, “turist” Soyuz MS-20 kosmik gəmisi ilə uçub. Meazava "YouTube" kanalında təxminən 12 günlük kosmos həyatını paylaşıb. Yapon milyarder platformadakı 1 milyon izləyicisinə kosmosda dişləri necə fırçalamaq və duş qəbul etmək lazım olduğunu da danışıb.