“Bu gün imzalanmış fərman və sərəncamlar təxminən 732 mindən artıq vətəndaşımızın sosial ödənişlərinin artımına xidmət edəcək. Beləliklə də, ən həssas təbəqələrdən olan vətəndaşlarımıza onların birbaşa aylıq gəlirlərinə müsbət təsir edəcək”.
Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Onun sözlərinə görə 200 milyon manat vəsait nəzərdə tutulub.
“Bu qərar əlilliyi olan, sağlamlıq imkanları məhdud olan uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinat alanlar, ailə başçısını ititdiyinə görə müavinat alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları (valideynlərini itirən uşaqlara aiddir), aztəminatlı ailələr, 132 min doktorant və tələbəni əhatə edəcək”.
“Eyni zamanda, ölkədə hazırda 59 min şəxs ünvanlı dövlət sosial yardım alır, onların da bir yaşa qədər uşaqlarının müavinətləri də artırılacaq”, -deyə sonda nazir müavini bildirib.