Rusiyada son bir gündə 27 022 nəfərə COVID-19 diaqnozu qoyulub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 241 812 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 019 nəfər artaraq 298 222-yə yüksəlib.
Rusiyada indiyədək koronavirusa yoluxan 9 014 980 nəfər sağalıb.