Modern.az

“Omicron” Azərbaycanla sərhədə çatdı

“Omicron” Azərbaycanla sərhədə çatdı

Aktual

20 Dekabr 2021, 13:50

Gürcüstanda koronavirusun yeni “Omicron” ştamına 2 yoluxma faktı təsdiqlənib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən bilidirir ki, bu haqda ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

 

A.Qamkrelidzenin sözlərinə görə, yeni ştamın aşkarlandığı şəxslər Gürcüstan vətəndaşlarıdır:



“Onlardan biri ABŞ-dan, digəri isə Dubaydan gəlib. Hər ikisi təcrid olunub və hazırda təmasda olduqları 26 nəfərlə bağlı araşdırmalar aparılır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi