Modern.az

İstanbul-İrəvan təyyarə reysləri yaxın günlərdə açılacaq - Çavuşoğlu

İstanbul-İrəvan təyyarə reysləri yaxın günlərdə açılacaq - Çavuşoğlu

Aktual

20 Dekabr 2021, 14:29

"Yaxın günlərdə İstanbuldan İrəvana hava reysləri işə düşəcək".

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında deyib.

Çavuşoğlu söyləyib  ki, bəzi şirkətlər İstanbul-İrəvan reysi üzrə uçmaqla bağlı bir sıra tələblər irəli sürüb.

“Müvafiq qurumlarımız bunlarla bağlı araşdırma aparır. Yaxın günlərdə şirkətlərimiz uçuşlara başlayacaq. Bütün bu addımları Azərbaycanla koordinasiya edərək atırıq. Bundan sonra da belə olacaq", - Türkiyə XİN başçısı deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi