Modern.az

İmişlidə qanunsuz ov - 11 dovşan, 1 porsuq

İmişlidə qanunsuz ov - 11 dovşan, 1 porsuq

23 Dekabr 2021, 11:05

İmişlidə qanunsuz ovçu saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. Araşdırmalarla onun Cavadxanlı kənd sakini Zəngibar Soltanov olduğunu müəyyən edilib.

 

Həmin şəxsdən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, qanunsuz olaraq ovladığı 11 ədəd dovşan və bir ədəd porsuq aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI