BŞTİ-nin Çağrı Mərkəzinə üç ayda 36 663 zəng daxil olub.
Bakı Şəhəri Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, Çağırı Mərkəzi 2021-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb.
BŞTİ-nin 146-0 Çağrı Mərkəzinin yaradılmasının əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, daxil olan müraciətlərin cavablandırılması zamanı koordinasiyanın düzgün təşkili və proseslərin çevik idarə edilməsindən ibarətdir.