Modern.az

Türkiyə ordusunun 150 generalı vəzifəsindən azad edilib

Türkiyə ordusunun 150 generalı vəzifəsindən azad edilib

Aktual

25 Dekabr 2021, 13:36

"2016-ci il iyulun 15-dən indiyədək 150 general vəzifəsindən azad edilib”.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

 

O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrindən 2016-cı il iyulun 15-də xain çevriliş cəhdindən indiyədək ümumilikdə 24 256 hərbçi vəzifəsindən kənarlaşdırılıb:

 

“Hazırda 1 185 şəxsi heyətlə bağlı inzibati proses davam edir. FETÖ, PKK/YPG, İŞİD terror qruplaşmaları başda olmaqla bütün təhlükə və təhdidlərə qarşı mübarizə qətiyyətlə aparılır”.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər