Modern.az

Cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir 

Cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir 

27 Dekabr 2021, 12:30

"Cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Bu əməlin törədilməsinə görə qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulub"

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclisin Ailə qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

 

Komitə sədri bildirib ki, neçə illərdir, ayrı-seçkiliyin, gender stereotiplərinin aradan qaldırılması, erkən nikah, təhsildən yayınma, məişət və gender əsaslı zorakılıq halların qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, bu işlərin daha da gücləndirilməsinə ehtiyac var:

 

"Təqdim olunan Məlumatda da bu fikir öz əksini tapır. Vaxtı ilə, biz doğulan uşaq arasında cins nisbətinin pozulması məsələsini qaldıranda, cəmiyyət buna bir mənalı yanaşmırdı. Lakin dövlət bu məsələnin əhəmiyyətini nəzərə alaraq 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin Proqrama əsasən selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Lakin, bu gün də bu məsələ aktualdır, ən mühüm gender bərabərsizliyi kimi qeyd olunur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi