Modern.az

Gender bərabərliyi ilə bağlı illik məlumat parlamentdə təsdiqləndi

Gender bərabərliyi ilə bağlı illik məlumat parlamentdə təsdiqləndi

Aktual

27 Dekabr 2021, 13:23

Milli Məclis “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nı təsdiq edib.

 

Modern.az-ın məlumatına görə, bu illik məlumat parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

 

B.Muradova ölkədə gender bərabərliyi haqqında məlumat verib və bu istiqamətdə görülən işlərdən danışıb. Daha sonra deputatlar öz təklif və rəylərini bildiriblər.

 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?