"Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasının motivləri əsasında film çəkilir".
Modern.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Nizami Gəncəvi.Xəmsə” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, film hazırda istehsalat mərhələsindədir və gələn il təqdimatı planlaşdırılır.