"Neftçi" klubu qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" Azərbaycan milli komandasının futbolçusu Azər Salahlı ilə 2,5 illik müqavilə bağlanıb. 27 yaşlı müdafiəçi komandanın heyətində 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Azər Salahlı “Keşlə” (2012-2015, 2018-2021), “Qarabağ” (2015-2017) və “Sumqayıt” (2016-2018) komandalarında da çıxış edib.