Modern.az

Federasiyada yeni baş katib təyinatı

Federasiyada yeni baş katib təyinatı

Aktual

29 Dekabr 2021, 17:44

Azərbaycan Stolüstü Tennis Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Könül Mikayılova federasiyanın Baş katibi təyin edilib.

 

Qeyd edək ki, Könül Mikayılova  1984-cü ildən stolüstü tennis idman növü ilə məşğul olub. Milli yığma komandanın üzvü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 1997-2000-ci illərdə Suraxanı UGİM-də, 2000-2014-cü illərdə "Neftçi İSM-də məşqçi işləyib. Azərbaycan Stolüstü Tennis Federasiyasında 2009-cu ildən fəaliyyət göstərən Könül Mikayılova daha əvvəl təlimatçı və idman şöbəsinin müdiri vəzifəsində işləyib. Azərbaycan Respublikasının İdman Ustasi, Beynəlxalq dərəcəli hakim, Avropa Stolüstü Tennis İttifaqının Gender bərabərliyi komitəsinin üzvüdür. Beynəlxalq dərəcəli hakim, Avropa Stolüstü Tennis İttifaqının Gender bərabərliyi komitəsinin üzvüdür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!