Modern.az

Kirayə mənzilə tələbat ARTIB

Kirayə mənzilə tələbat ARTIB

30 Dekabr 2021, 10:35

Vətəndaşların mənzil ehtiyaclarının ödənilməsi və mənzil vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2021-ci ildə də satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə proseslər davam etdirilib.

 

Modern.az xəbər verir ki, cari il ərzində 869 mənzil mexanizm çərçivəsində vətəndaşlara təhvil verilib ki, bu da ötən illə müqayisədə 2 dəfədən çoxdur. Ümumilikdə isə, bu günə kimi 1282 sayda mənzil vətəndaşlara təhvil verilib.

 

Kirayə mənzil mexanizmindən faydalanan şəxslərin orta yaş göstəricisi 35 olmaqla, 70%-dən çoxunu gənclər və gənc ailələr təşkil edib.

 

Eyni zamanda, əhali üçün kirayə mənzil mexanizmindən istifadənin daha da asanlaşdırılması və əlçatanlığının artırılması məqsədi ilə cari il ərzində proseslər bir qədər də sadələşdirilib, gəlirlərin qiymətləndirilməsi şərtləri daha da yumuşaldılıb. Sabit vergi ödəyicilərinə də mexanizm vasitəsi ilə mənzil sahibi olmaq imkanı yaradılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?