Modern.az

Ödənişlərin veteranlara hansı qaydada veriləcəyi AÇIQLANDI

Ödənişlərin veteranlara hansı qaydada veriləcəyi AÇIQLANDI

Aktual

30 Dekabr 2021, 11:25

"Vətən müharibəsində iştirak edən şəxslər Müharibə veteranıadı və vəsiqəsini alandan sonra ödəniş əldə etmək üçün harasa müraciət etməli deyillər.

 

Modern.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinqdə deyib.

 

Onun sözlərinə görə, həmin şəxslər bank kartları vasitəsilə hər ay vəsait ala biləcəklər.

 

Qeyd edək ki, “Müharibə veteranı” adı və vəsiqəsi verilən və aidiyyəti qurumlar tərəfindən “Zəfər” altsisteminə daxil edilən şəxslərə gələn ilin yanvar ayının 1-dən Prezidentin aylıq təqaüdü (80 manat) təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu