Modern.az

Fazil Mustafa İTV-nin fəaliyyətini sərt TƏNQİD ETDİ

Fazil Mustafa İTV-nin fəaliyyətini sərt TƏNQİD ETDİ

Aktual

30 Dekabr 2021, 11:53

Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında  İctimai Televiziyanın fəaliyyətini sərt tənqid edib. 

 

Modern.az-ın xəbərinə görə, deputat qeyd edib ki, İTV- nin Yayım Şurasının seçilən üzvləri kölgədə nədənsə qalır:

 

"İsmayıl Ömərovun vaxtında televiziya daha uğurlu funksional işini görürdü. Sonra isə bərbad günə düşdü. Əgər İTV funksiyasını yerinə yetirməyi bacarsaydı, "Media haqqında" haqqında qanun da bu qədər müzakirəyə səbəb olmazdı. Onun əvəzinə bunlar millət vəkillərini ələ salmaqla kollajlarını düzəltməklə məşğuldurlar. Bununla reytinqi qazanmaq istəyirlər. Təbii ki deputatı da tənqid etmək olar. Yayım Şurasının üzvləri hansısa diktatorluğun yaranmasına icazə verməməlidir. Təbii ki yaxşı verilişləri də var. Amma bunlar jurnalistin istedadı hesabına başa gələn verilişlərdir. Büdcədən bu qədər vəsait alırsınız. Cəmiyyətin işinə yararlı olmalısınız. Ona görə məsuliyyət artırılmalıdır.

 

Necə olur ki, parlamentlə bağlı müzakirə verməyi bu televiziya özünə sığışdırmır. Siz kimsiz ki? Ümid edirəm tənqidlərdən nəticə çıxarqcaqsınız".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi