Modern.az

Kəmaləddin Heydərov tədbirə gəlmədi - SƏBƏB

Kəmaləddin Heydərov tədbirə gəlmədi - SƏBƏB

Aktual

30 Dekabr 2021, 12:22

Azərbaycan Taekvondo Federasiyasının (ATF) yenidən prezidenti seçilən Kəmaləddin Heydərov vaxt məhdudiyyətinə görə mətbuat konfransına qatıla bilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə  federasiyanın vitse-prezidenti Nağı Səfərov məlumat verib. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyində təşkil olunmuş hesabat-seçki konfransında K.Heydərov növbəti 5 ildə də quruma rəhbərlik edəcək.

 

Taekvondoda idmançılara hər zaman diqqət və qayğının olduğunu vurğulayan federasiya rəsmisi bu səbəbdən, K.Heydərova yenidən etimad göstərildiyini əlavə edib. Onun sözlərinə görə, toplantıda nizamnaməyə dəyişikliklər də təsdiqlənib.

 

N. Səfərov qeyd edib ki, növbəti dünya çempionatından birinin Azərbaycanda keçirilməsi planlaşdırılır:

 

“Uzun müddətdir ölkəmizdə dünya çempionatı keçirmək istəyirdik. Növbəti mötəbər yarışlardan birini Azərbaycanda təşkil etməyi planlşdırırıq”.

 

O, taekvondoçu Radik İsayevin Azərbaycan yığmasında karyerasını davam etdirəcəyini də təsdiqləyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi