Modern.az

Rusiyada xarici vətəndaşlar tibbi müayinədən keçəcəklər

Rusiyada xarici vətəndaşlar tibbi müayinədən keçəcəklər

Aktual

30 Dekabr 2021, 15:56

Rusiyada 90 gündən çox qalan xarici vətəndaşlar bir neçə xəstəlikdən yoxlanılacaq.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, onlar 3 aydan bir QİÇS, vərəm, cüzam, narkotik yoxlamadan keçəcəklər.

 

Qanun Rusiyada bizneslə məşğul olan qrupların narazılığına səbəb olub. Alman-Rusiya Ticarət Palatasının sədri və Almaniya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı narahatlığını Moskvaya çatdıracağını bəyan edib.

 

Qanun Rusiyada üç aydan artıq qalan əcnəbilərin dərhal barmaq izlərinin alınmasını nəzərdə tutur. Bundan başqa, martın 1-dən etibarən hər bir əcnəbi QİÇS, vərəm, cüzam və sifilis üçün yoxlanılmalı, narkotik və ya stimullaşdırıcı vasitələrdən istifadə edib-etmədiklərini müəyyən etməlidir.

 

Qanun diplomatlar, beynəlxalq təşkilatların üzvləri və onların ailə üzvləri, altı yaşınadək uşaqlar və Belarus vətəndaşlara şamil edilməyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu