Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi bu gün axşam saatlarında Azərbaycana gətirilib.
Bu barədə Modern.az-a rejissor Tahir Tahiroviç məlumat verib.
Mərhumla vida mərasimi 4 yanvar saat 12:30-da II Fəxri Xiyabanda keçiriləcək.
Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.