ABŞ-da uşaqlar arasında koronavirusun “Omicron” ştamı sürətlə yayılır.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, Amerika Pediatriya Akademiyası son bir həftə ərzində yoluxmanın 64 faiz artdığını açıqlayıb.
Açıqlamada qeyd edilib ki, ölkədə məktəblərin açıldığı sentyabr ayının ilk həftəsindən 2,8 milyondan çox uşaqda koronavirus testinin cavabı müsbət olub.
Amerika Pedriatriya Akademiyasının hesabatında koronavirusa yoluxan uşaqlarda ciddi bir xəstəliyin aşkar edilmədiyini bildirsə də, bunun uzun müddətdən sonra uşaqlara necə təsir edəcəyinə dair kifayət qədər məlumatın olmadığı bildirilib.
Qeyd edək ki, ABŞ-da dekabrın 30-na olan məlumata görə, 325 mindən çox uşaq koronavirusa yoluxub.