Modern.az

Bayramda təcili yardıma çağırışlar ARTIB

Bayramda təcili yardıma çağırışlar ARTIB

5 Yanvar 2022, 15:09

“Bayram və qeyri-iş günlərində Təcili Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb. 139 briqada əhaliyə xidmət göstərib. Bayram günlərində çağırışların sayında artım müşahidə edilib”.

 

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib.

 

Onun sözlərinə görə, bayram günlərində priotexniki vasitələrdən xəsarət alma ilə bağlı müraciət daxil olmayıb:

 

“Adi günlərində BTY 2600-2700 müraciət olurdusa, bayram günlərində 2880-3300 müraciət edilib. Ən çox çağırışlar yanvar ayının 2-si və 3-ü oldu. Bu da onunla əlaqəlidir ki, digər tibb müəssisələri qeyri-iş rejimində fəaliyyət göstərirdi".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu