Modern.az

\"Çağırışa çatmaq maksimum 40 dəqiqə çəkir\"

\

5 Yanvar 2022, 15:23

“Paytaxt üzrə mövcud olan 139 briqada adi gündə 1700-1800 çağırışı gecikmədən normal şəkildə icra edə bilər. Çağırış yerinə çatmaq isə maksimum 40 dəqiqə çəkə bilər”.

 

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib.

 

Onun sözlərinə görə, bəzən hadisə yerinə təcili yardım avtomobilinin gec çatması barədə narazılıqlar səsləndirilir:

 

“Nəzərə almaq lazımdır ki, çağırışlar çox olarsa, gecikmələr qaçılmazdır. Əgər çağırışların sayı adi gündəkindən çoxdursa, istər-istəməz gecikmə ola bilər. Çağırış çox olanda çeşidləmə yolu ilə icra etməyə çalışırıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu