Modern.az

Çavuşoğlu Lavrovla Qazaxıstan barədə danışdı

Çavuşoğlu Lavrovla Qazaxıstan barədə danışdı

6 Yanvar 2022, 13:54

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.


Modern.az xarici KİV-ə istinadən bildirir ki, telefon danışığı zamanı nazirlər Qazaxıstanda baş verən hadisələri müzakirə ediblər.


Bundan əlavə, onlar Türkiyə-Rusiya münasibətləri haqqında da danışıblar.


Tərəflər həmçinin, NATO-nun Rusiya Şurasının iclası, Bosniya və Herseqovina və Cənubi Qafqazdakı mövcud hadisələr haqqında fikir mübadiləsi aparıblar.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu