Modern.az

İrqada “Omicron”a ilk yoluxma, Braziliyada ilk ölüm

İrqada “Omicron”a ilk yoluxma, Braziliyada ilk ölüm

7 Yanvar 2022, 09:17

İraq Səhiyyə Nazirliyi ölkədə koronavirusun “Omicron” ştammına yoluxma aşkar edildiyini açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, ilk yoluxma xarici səfərdən qayıdan ailənin 5 üzvündə aşkarlanıb.

Bundan əlavə, yeni ştamm həmçinin Bağdaddakı diplomatik missiyanın üzvlərində də müəyyən olunub. Nazirlik diplomatların hansı ölkəni təmsil etdiyini açıqlamayıb.

Braziliyada isə “Omicron” ştamından ilk ölüm qeydə alınıb. 68 yaşlı xroniki xəstəliyi olan şəxs hər iki dozada  peyvənd olunsa da, ölüm səbəbi yeni ştamm olub.

Xəstədə dekabrın 20-də öskürək, tənəffüs çatışmazlığı kimi əlamətlər müşahidə edilib. 6 gündən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və dekabrın 27-də dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu