Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlıları Qazaxıstanda təhlükəsizlik funksiyalarını həyata keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasından bildirilib.
"Missiya sülhməramlıdır. KTMT əsgərləri döyüş əməliyyatlarında iştirak etmir. KTMT sülhməramlıları örtük və təhlükəsizlik funksiyalarını yerinə yetirəcək".