Dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan “Instagram”ın yeni funksiyası təqdim edilib.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə tərtibatçı Alessandro Paluzzi bildirib.
Onun sözlərinə görə, bundan sonra profildəki fərdi paylaşım şəbəkəsini redaktə etmək, paylaşımları istənilən ardıcıllıqla düzmək mümkün olacaq.
“Hazırda funksiya məhdud sayda istifadəçi üçün əlçatan olsa da, tezliklə geniş auditoriyaya təqdim ediləcək. İstifadəçilər paylaşıların yerini dəyişdirə, bəzilərini isə Tvitter profillərində və Telegram kanallarında olduğu kimi yuxarıya “bərkidə” biləcəklər” - məlumatda açıqlanıb.