Modern.az

“Omicron”un necə müəyyən edildiyi AÇIQLANDI

“Omicron”un necə müəyyən edildiyi AÇIQLANDI

Aktual

12 Yanvar 2022, 10:21

Son rəsmi məlumata görə, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “Omicron” variantı aşkarlanıb.

 

Bəs “Omicron”un aşkarlanması üçün ayrıca laborator müayinə aparılırmı? Yoxsa, PCR testləri koronavirusun bütün ştamlarını müəyyən edir?

 

Nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Modern.az-a açıqlama verib.

 

T.Eyvazov bildirib ki, yeni ştam da koronavirusun digər növləri kimi adi PCR testi ilə müəyyən edilir:

 

“Çünki mövcud testlər istənilən ştamda müsbət nəticə verməyə qadirdir. Sadəcə həmin ştamın hansı növ olmasını laborator analizlər nəticəsində dəqiq bilmək olur”.

 

İnfeksionist həmçinin, son aylar geniş yayılmış virusla bağlı da məsələyə aydınlıq gətirib:

 

“Əksəriyyət bildirir ki, bu COVID-in hansısa ştamlarıdır. Amma mövsümü virusa yoluxanlardan götürülən test nəticələrinin neqativ çıxması bir daha sübut edir ki, həmin nümunələrdə koronavirus yoxdur”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?