Modern.az

Peyvənd olunmayanlar vergi ödəyəcək

Peyvənd olunmayanlar vergi ödəyəcək

12 Yanvar 2022, 10:56

Kanadanın Kvebek əyalətində peyvənd olunmayan insanlar sağlamlıq vergisi ödəyəcək.


Modern.az xarici KİV-ə istinadən bildirir ki, qərarı mətbuat konfransında Kvebek Baş naziri Fransua Leqault açıqlayıb.

 
Baş nazir hələlik vergi məbləğini müəyyən etmədiklərini, lakin yüksək məbləğin ödəniləcəyini bildirib:


“Kvebekdə əhalinin təxminən 10 faizi peyvənd olunmayıb. Bu seqment əyalətdə qalan hər kəs üçün maliyyə yükü yaradır. Düşünürəm ki, belə bir tədbiri qurban verən yüzdə 90-a borcluyuq".


Qeyd edək ki, oxşar qərar Yunanıstanda da tətbiq olunacaq. Belə ki, gələn həftədən 60 yaşdan yuxarı peyvənd olunmayan şəxslər ayda 100 avro ödəyəcəklər.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu