“2020-ci ildə Azərbaycanda anemiyadan əziyyət çəkənlərin sayı 43 mindən çox olub”.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bildirib.
Onun sözlərinə görə, bu o deməkdir ki, ölkədə hər 100 min nəfərdən 433-ü anemiyadan əziyyət çəkir:
“Bu, böyük rəqəmdir. Anemiya ilə bağlı müraciət edənlərin çoxu gənc yaşda olan qadınlardır. Bu da fizioloji prosesdir. 2021-ci ildəki statistik rəqəmlər tam hazır deyil. Amma 2016-2020-ci illərdə anemiyalıların sayında azalma olub”.