Modern.az

Baş nazir üzr istədi

Baş nazir üzr istədi

13 Yanvar 2022, 09:27

İngiltərə Baş naziri Boris Conson parlament iclasında üzr istəyib.

 

Modern.az xarici KİV-lərə istinadən bildirir ki, onun 2020 -ci ilin may ayında pandemiya vaxtı sərt karantin zamanı Baş nazirin ofisində keçirilən bir partiyaya qatıldığı üçün istefası tələb olunub:

 

"Baş nazirlik ofisinin qaydalara əməl etmədiyini düşünən insanların qəzəbini anlayıram. İşçilərə təşəkkür etmək üçün bağçaya getdim və orada cəmi 25 dəqiqə qaldıqdan sonra iş üçün ofisə qayıtdım”, - deyə, Conson üzrxahlıq edib.

 

Qeyd edək ki, milyonlarla insanın karantində olduğu, bir çox iş yerinin bağlandığı bir vaxtda baş nazirin iqamətgahının bağçasında 100-ə yaxın insanın qatıldığı gecəyə dəvətnamənin sızması Böyük Britaniyanı ayağa qaldırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?