Avropada ilk dəfə olaraq Danimarkada koronavirusa qarşı peyvəndin dördüncü dozası tətbiq ediləcək.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, hökumət ölkədə pandemiya məhdudiyyətlərini azaltmağa hazırlaşır və buna görə də yüksək riskli vətəndaşlara peyvəndin dördüncü dozasını tətbiq edəcək.
Avropa Dərman Agentliyi peyvəndin dördüncü dozasının kömək edib-etməyəcəyini bilmək üçün kifayət qədər məlumatın olmadığını bildirsə də, artıq qərar qəbul edilib.
Səhiyyə naziri Magnus Heunicke bildirib ki, dördüncü peyvənd ən həssas vətəndaşlara tətbiq ediləcək.