Türkiyə və Ermənistanın nümayəndə heyətləri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) gəlib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Rusiya XİN-in Qəbullar Evində Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü keçiriləcək.
Xatırladaq ki, Türkiyəni Sərdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil edir.