"Rusiya müxtəlif münaqişələrin həlli ilə bağlı həll yolları axtarıb. Eyni zamanda, Qarabağ münaqişəsinin həll olumasında yaxından iştirak edib".
Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Qarabağ münaqişəsinə Rusiya da daxil edilib və həll yolu tapılıb.
Rusiya demarkasiya komissiyası ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq. Bunun üçün də ümid edirik ki, komissiyanın yaradılması məsələsi tez bir zamanda həllini tapacaq.