Modern.az

Lavrov erməni jurnalisti xəyal qırıqlığına UĞRATDI

Lavrov erməni jurnalisti xəyal qırıqlığına UĞRATDI

14 Yanvar 2022, 15:07

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstana yeridilməsi ilə bağlı Bakı və Ankaranın əsəbi reaksiyasını görməmişəm".
 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən bildirib.

Erməni jurnalistin yanvarın 11-də Ermənistan-Azərbaycan sərhədində, Kəlbəcər istiqamətində baş verənlərin Ermənistan hərbçilərinin KTMT çərçivəsində Qazaxıstana göndərilməsi ilə əlaqəli olmasına dair təxribatçı sualına Rusiya XİN başçısı belə cavab verib:

“Nə Bakının, nə də Ankaranın KTMT kontingentini ilə bağlı əsəbi reaksiyasını görmüşəm. Bu ölkələrin rəsmi şəxslərinin də əsəbi reaksiyasını görməmişik. Ancaq Ərdoğanın müşavirlərindən birinin Rusiyanın addımını pislədiyi barədə məlumat var. Bu barədə Türkiyədən olan həmkarlarımıza bildirmişik. Amma Azərbaycan rəsmilərinin əsəbi reaksiyasını görməmişik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI