Modern.az

Ramiz Abutalıbovun ailəsilə görüş - VİDEO

Ramiz Abutalıbovun ailəsilə görüş - VİDEO

Aktual

14 Yanvar 2022, 15:35

Tanınmış diplomat, ictimai xadim, araşdırmaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbovun Moskvada yaşayan qızı Sevil Abutalıbova və nəvəsi Cavada Parlament Jurnalistləri Birliyi (PJB) tərəfindən təsis edilən “Şirməmməd Hüseynov mükafatı” təqdim olunub.


Modern.az-ın məlumatına görə, təqdimat mərasimində çıxış edən PJB sədri Elşad Eyvazlı xatırladıb ki, Şirməmməd Hüseynov və Ramiz Abutalıbov Azərbaycanın görkəmli şəxsiyyətləri olublar:


“Biz hər zaman bu şəxsiyyətlərlə qürur duyacaq, onların yolunu davam etdirməyə çalışacağıq. Hər ikisi Azərbaycan üçün bir iz qoyub. Həm Şirməmməd Hüseynov, həm də Ramiz Abutalıbov öz əməlləri ilə sübut etdilər ki, vətən, millət məsələsində təmənna olmur. Mən arzulayıram ki, gəncliyimiz onların yolunu davam etdirə bilsin. Biz də bu məsələdə üzərimizə düşən vəzifələri hər zaman yerinə yetirəcəyik”.  

Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova da Ramiz Abutalıovun varislərinə təşəkkür ünvanlayıb:


“Adətən görkəmli şəxsiyyətlərə onlar həyatdan köçdükdən sonra daha böyük dəyər verilir. Ramiz Abutalıbov Azərbaycan xalqı üçün əbədi yaşayacaq şəxsiyyətdir. Onun irsini yaşatmaq bizim borcumuzdur”.  

Ətraflı videoda:

 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu