Türkiyə və Ermənistanın münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada keçirilən ilk görüş başa çatıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
İki nümayəndə arasında danışıqlar 1,5 saat çəkib. Görüşün detalları hələ açıqlanmayıb.