Türkiyə Xarici İşlər Nazirliyi ( XİN) Türkiyə ilə Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələri səfir Sərdar Kılıç və Ermənistan parlamenti sədrinin Ruben Rubinyanın Moskvada baş tutmuş ilk görüşü barədə məlumat yayıb.
Modern.az xəbər verir ki, tərəflər müzakirələri tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək xüsusunda razılaşıblar.
Qeyd edək ki, xüsusi nümayəndələr müsbət və konstruktiv atmosferdə keçirilən bu ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə aparılacaq normallaşma prosesinə yönəlik olaraq ilkin fikir mübadiləsi aparılıb.