Modern.az

Daha bir erməni azıb Azərbaycanın nəzarətindəki əraziyə keçdi

Daha bir erməni azıb Azərbaycanın nəzarətindəki əraziyə keçdi

Aktual

14 Yanvar 2022, 17:17

Rusiya sülhməramlılarının nəzarətində olan Laçın şəhərində məskunlaşmış mülki erməni “sakin” yanvarın 14-də azaraq, Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə keçib.


Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, yayılan məlumata görə, guya, 69 yaşlı erməninin psixi sağlamlığında problemlər var.

 

1953-cü il təvəllüdlü Andranik Aleksanyanın geri qaytarılması üçün tədbirlər görüldüyü bildirilir.

 

“Hadisə barədə dərhal Rusiya sülhməramlılarına məlumat verilib. Hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır”, - məlumatda deyilir.


Xatırladaq ki, dünən Zəngəzur bölgəsində yolu azaraq Azərbaycana keçmiş bir mülki erməni Ermənistan tərəfinə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi