Modern.az

Putin Belarusa yeni səfir təyin etdi

Putin Belarusa yeni səfir təyin etdi

14 Yanvar 2022, 17:08

Rusiya Belarusa yeni səfir təyin edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

 

Sənədə əsasən, bu vəzifəyə Rusiya Prezidentinin Ukrayna ilə təmas qrupundakı nümayəndəsi, Dövlət Dumasının keçmiş sədri Boris Qrızlov təyin olunub.

 

Qeyd edək ki, Boris Qrızlov hakim Vahid Rusiya Partiyasının Ali Şurasının sədri, Dövlət Dumasının sədri, general rütbəsi olmayan yeganə daxili işlər naziri və başqa vəzifələrdə işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi