Modern.az

Azərbaycanda koronavirus: 653 yoluxma, 7 ölü

Azərbaycanda koronavirus: 653 yoluxma, 7 ölü

Aktual

14 Yanvar 2022, 18:35

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 488 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 624 208 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 885 nəfər müalicə olunaraq sağalıb, 8 497 nəfər vəfat edib, aktiv xəstə sayı 7 826 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 275, ötən müddət ərzində isə ümumilikdə 5 987 010 test aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI