Modern.az

Yanvar pensiyaları tam ÖDƏNİLDİ

Yanvar pensiyaları tam ÖDƏNİLDİ

Aktual

14 Yanvar 2022, 19:36

Yanvar ayının ölkə üzrə bütün pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyalarının ödənişi başa çatdırılıb.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Xatırladaq ki, 2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu