Modern.az

Şahmatçımız Polşada qalib oldu

Şahmatçımız Polşada qalib oldu

15 Yanvar 2022, 00:30

Azərbaycan şahmatçısı Çexiyada keçirilən “Praqa Open-2022” turnirində uğurla çıxış edib.

 

Modern.az xəbər verir ki, təmsilçimiz Azər Mirzəyev 9 turda 7,5 xal toplayaraq yarışın qalibi olub. Onunla eyni xalı yığan polşalı Antoni Kozak ikinci pillədə qərarlaşıb.

 

Çexiya təmsilçisi Yakub Vojta isə üçüncü yeri tutub.

 

Turnirdə 5-i qrosmeyster olmaqla, 185 şahmatçı iştirak edib.

 

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu