Modern.az

Pensiyalarda artım dinamikası - Nazirlikdən AÇIQLAMA

Pensiyalarda artım dinamikası - Nazirlikdən AÇIQLAMA

15 Yanvar 2022, 11:35

Pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib ki, keçən il pensiyaların orta aylıq məbləği 9% artaraq 331 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8% artaraq 358 manata çatıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib.


Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib.


2019-cu ilin əvvəlindən pensiya təyinatı  avtomatlaşdırılıb. Ötən dövrdə 48,3 min, o cümlədən 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi