Modern.az

Qarabağdakı Rusiya sülhməramlıları bunu da etdilər

Qarabağdakı Rusiya sülhməramlıları bunu da etdilər

15 Yanvar 2022, 12:05

Qarabağdakı Rusiya sülhməramlı kontingenti növbət “humanitar aksiya” keçiriblər. Bu dəfəki aksiya Ağdərədə erməni uşaqları üçün təşkil olunub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Rusiya hərbçiləri Ağdarədə erməni uşaqlarına şirniyyat və oyuncaqlar paylayıblar.

“Növbəti həftə üçün Koçoqot və Çərəktar kəndlərində humanitar aksiyaların keçirilməsi planlaşdırılır”, - rəsmi məlumatda bildirilib.

Rus sülhməramlılarının “humanitar aksiyaları” yanvarın sonuna qədər davam edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi