Modern.az

Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA

15 Yanvar 2022, 12:21

Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb.


ETSN Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, yanvarın 15-i saat 11:30-a əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur.


Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 27 sm, Sarıbaşda (Qax) 22 sm, Qrızda 14 sm, Xaltan, Şahbuzda 10 sm, Daşkəsəndə 8 sm, Altıağacda 7 sm, Naxçıvanda 6 sm, Göygöl, Lerikdə 5 sm, Qobustanda 4 sm, Qubada 3 sm, Qusarda 1 sm olub.


Gözlənildiyi kimi şimal-qərb küləyi 14-ü axşamdan güclü cənub-qərb küləyi ilə əvəz olunub, küləyin maksimal sürəti Naftalanda 26 m/s, Qobustanda 22 m/s, Gəncə, Tovuz, Samaxıda 20 m/s, Ağstafa, Göyçay, Şəkidə 18 m/s, Yevlaxda 17 m/s, Bərdə, Tərtərdə 16 m/s, Şərurda 15 m/s, Bakıda 30 m/s, Abşeron yarımadasında 25 m/s, Abşeron-Dəniz rayonunda 20 m/s-dək güclənib.


Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi