Modern.az

Ağdamda 50 min manatlıq oğurluq edənlər TUTULDU

Ağdamda 50 min manatlıq oğurluq edənlər TUTULDU

Aktual

15 Yanvar 2022, 17:29

Ağdam sakininə məxsus fərdi yaşayış evindən 37 200 manat pul və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanıb.

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Tural Tağıyev, Anar Həsənov və Ehtiram İsmayıloğlu saxlanılıblar.

Həmin şəxslərdən oğurladıqları pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi