Bu il 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. Artıq Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanılıb.
Bu barədə Modern.az-a açıqlama verən “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə bildirib ki, təmsil etdiyi təşkilat bu il hansısa tədbir keçirməyəcək.
“Bu il cəmiyyət üzvləri sadəcə Şəhidlər Xiyabanını ziyarət edəcək. Bəzi səbəblərdən 20 Yanvar faciəsinin 32-ci ildönmündə birliyimiz hansısa tədbir keçirə bilməyəcək”.
S. Əzimzadə bildirib ki, bir müddət əvvəl koronavirusa yoluxub:
“Uzun müddətdir səhhətimdə problem var idi. Ötən gündən etibarən çölə çıxıram. Ona görə bu il təəssüf ki, hansısa tədbir keçirə bilməyəcəyik”.