Modern.az

Çin əhalisinin sayı açıqlandı

Çin əhalisinin sayı açıqlandı

Aktual

17 Yanvar 2022, 14:12

2021-ci ilin sonuna Çin əhalisinin sayı 1 milyard 412,6 milyon nəfərə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bura Honkonq və Makao xüsusi inzibati bölgələrinin və Tayvanın əhalisi daxil deyil.

 

Bildirilib ki, 2021-ci ildə materik Çinin əhalisinin sayı 480 min nəfər artıb. Ölkədə 10,62 milyon uşaq doğulub. Bu, hər 1 000 nəfərə 7,52 doğuş deməkdir. Ölkə üzrə statistikaya görə, materik Çində 723,11 milyon kişi və 689,49 milyon qadın var.

 

O cümlədən şəhər əhalisi son bir ildə 12,05 milyon nəfər artaraq 914,25 milyon nəfərə, kənd sakinlərinin sayı isə 11,57 milyon nəfər azalaraq 498,35 milyon nəfərə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi