Modern.az

Şamaxıdakı baxımsız uşaqların anası da reabilitasiyaya cəlb olunacaq

Şamaxıdakı baxımsız uşaqların anası da reabilitasiyaya cəlb olunacaq

Aktual

17 Yanvar 2022, 17:09

Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə olan beş azyaşlı uşaq hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib.
 

Bu barədə Modern.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
 

Onun sözlərinə görə, uşaqlar barədə aparılan reabilitasiya işləri yekunlaşdıqdan sonra qiymətləndirmə əsasında onların rifahı ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq qərarlar veriləcək.


T.Mərdanoğlu bildirib ki, ana da Sosial Xidmətlər Agentliyinin Şamaxı rayonunda fəaliyyət göstərən müəssisəsində reabilitasiya prosesinə cəlb olunacağı nəzərdə tutulub.


"Əlavə edək ki, dəfələrlə müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən uşaqlara yardımlar göstərilsə də, onların dövlət himayəsinə verilməsinə ana qəti şəkildə etiraz edib.

Nəticədə uşaqlar valideyn laqeydliyi səbəbindən baxımsız vəziyyətə düşməklə bərabər, təhsildən də yayınıblar.

2019-cu ildə ananın Şamaxı Şəhər İcra Hakimiyyətinə edilən müraciəti əsasında, ailənin sosial vəziyyətinin ağır olması, eləcə də, ananın uşaqların yeganə himayəçisi olduğu nəzərə alınaraq, ailə fərdi yaşayış evi və işlə təmin olunub. Lakin, göstərilən dəstəyə baxmayaraq, valideyn uşaqlara qarşı məsuliyyətsiz yanaşmanı davam etdirib", - T.Mərdanoğlu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?