Modern.az

Kanada Ukraynaya xüsusi təyinatlılar göndərir

Kanada Ukraynaya xüsusi təyinatlılar göndərir

Aktual

18 Yanvar 2022, 10:53

Kanada xüsusi təyinatlılarının bir dəstəsi NATO ilə Rusiya arasında gərginlik səbəbindən Ukraynaya yerləşdirilib.

 

Modern.az “Global News”a  istinadən xəbər verir ki, xüsusi dəstələr Ukraynaya dəstək olmaq üçün göndərilib.

 

Həmçinin, xüsusi təyinatlılar Rusiyanın tammiqyaslı işğalı halında Kanada diplomatik heyətinin təxliyəsi planlarının hazırlanmasına kömək edəcək.

 

Qeyd edək ki, son zamanlar Qərb ölkələri Rusiyanı Ukraynanı işğala hazırlaşmaqda israrla ittiham edirlər.

 

Moskva isə bu cür bəyanatları rədd edərək, izah edib ki, Vaşinqton  “Rusiya təcavüzü” adı altında NATO silahlarını Rusiya Federasiyasının sərhədlərinə çəkmək üçün bəhanə axtarır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır